“Maire” şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində
Bakı, 13 iyun, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İtaliyanın “Maire” şirkətinin I vitse-prezidenti Gianni Bardazzinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor ali məktəbin “Maire” şirkəti ilə uğurlu əməkdaşlığından bəhs edib. O vurğulayıb ki, bu əməkdaşlıq nəticəsində BANM-in tələbələri şirkətin təcrübə proqramlarında iştirak edir, məzunları burada müxtəlif vəzifələrdə çalışırlar. Rektor deyib ki, “Maire” şirkətinin Bakı Ali Neft Məktəbinə hədiyyəsi olan Polimer tədqiqat laboratoriyası da çox uğurla fəaliyyət göstərir.
Gianni Bardazzi təmsil etdiyi şirkətdə gerçəkləşdirilən rebrendinq siyasətindən, “yaşıl kimya”ya, “yaşıl enerji”yə keçid və enerji səmərəliliyi ilə bağlı sahələr barədə danışıb. Bu il Bakıda keçiriləcək COP29 çərçivəsində Bakı Ali Neft Məktəbi ilə birgə fəaliyyət istiqamətləri təklif edib. BANM-in rektoru Elmar Qasımov isə təklifi qəbul edib.
BSU-nun rektoru Sədərək rayonunda məktəblilərlə görüşüb
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
Professor Nadir Məmmədli TÜRKSOY medalı ilə təltif edilib
ADPU-nun prorektoru Özbəkistanda fəxri professor adına layiq görülüb