×
A
A
A
Sazlamalar

Paytaxtda 130 nəfər təhsil müəssisələrində müxtəlif vəzifələrə işə təyin edilib

Bakı, 13 iyun, AZƏRTAC

2023-2024-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərə işə qəbul üzrə imtahan və müsahibələrdə uğur qazanmış 130 nəfər təhsil müəssisələrində müxtəlif vəzifələrə işə təyin edilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, 42 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 14 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 4 nəfər psixoloq, 34 nəfər laborant, 4 nəfər kitabxanaçı, 2 nəfər kitabxana müdiri, 6 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 20 nəfər çağırışaqədərki hazırlıq rəhbəri və 4 nəfər təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə təyin edilib.

Elm və təhsil 2024-06-13 12:55:00