Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Yardımlıda vətəndaşları qəbul edəcək
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev 2024-cü il iyunun 20-də, saat 10:00-da Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-2734003) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Qeyd edək ki, 2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Cəbrayılda daha 42 ailəyə evlərin açarları təqdim olunub VİDEO
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
İmişlidə qətl hadisəsi törədilib VİDEO
Ağdam şəhərindəki 2-ci yaşayış məhəlləsində 1268 mənzil inşa edilir VİDEO