Pakistan Azərbaycanla müdafiə və aviasiya sahələrində əməkdaşlığı genişləndirmək istəyir
Bakı, 12 iyun, AZƏRTAC
Pakistan Azərbaycanla müdafiə və aviasiya sahələrində əməkdaşlığı genişləndirmək istəyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Asif Muhammed Xavaca Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovla görüşündə bildirib.
Nazir bildirib ki, Pakistan böyük resurslara malik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycana mühüm tərəfdaş kimi baxır.
Asif Muhammed Xavaca iki ölkə arasında tarixi, mədəni və dini münasibətlərə əsaslanan qardaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb.
Bakıda Hindistanın Respublika Günü qeyd edilib
Səfir: Hindistan və Azərbaycan dərin mədəni əlaqələrə malikdir VİDEO
Baş nazir Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb