×
A
A
A
Sazlamalar

İspaniya şirkəti ilə Azərbaycanda istehsalın lokallaşdırılması üçün imkanlar müzakirə edilib

Bakı, 11 iyun, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov İspaniyanın “İndra Sistemas” şirkətinin vitse-prezidenti Luis Permuy ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə “Indra Sistemas” şirkətinin ölkəmizdə həyata keçirdiyi layihələr və Azərbaycanda istehsalın lokallaşdırılması üçün potensial imkanlar ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı dövrdə əməkdaşlıq planları müzakirə edilib.
Qeyd edək ki, IT və kommunikasiya xidmətləri, IT konsaltinq, avtomatlaşdırılmış sınaq avadanlıqları və digər sahələrdə ixtisaslaşmış İspaniyanın “Indra Sistemas” şirkəti dünyanın 46 ölkəsində fəaliyyət göstərməklə 140-dan çox ölkə ilə biznes tərəfdaşlığı qurub.

İqtisadiyyat 2024-06-11 16:16:00