BDU-nun 10 komandasının 14 layihəsi “TEKNOFEST-2024”ün yarımfinalında
Bakı, 11 iyun, AZƏRTAC
Oktyabrın 2-6-da Türkiyənin Adana şəhərində “TEKNOFEST-2024” aerokosmik və texnologiya festivalı keçiriləcək. Festivalda komandalar 46 əsas və 117 alt kateqoriya üzrə yarışacaqlar.
Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetindən bildirilib.
Universitetin 10 komandası tərəfindən təqdim olunmuş 14 layihə festivalın yarımfinal mərhələsinə vəsiqə qazanıb. BDU komandalarının layihələri “Ağıllı nəqliyyat texnologiyaları”, “Yaşıl texnologiyalar”, “Aqrar texnologiyalar”, “Tibdə süni intellektin tətbiqi”, “Sosial yönümlü texnologiyalar” və “Turizm texnologiyaları” kateqoriyalarına aiddir.
Yarımfinal mərhələsində komandalardan ətraflı hesabat sənədi hazırlamaları və layihənin onlayn təqdimatını etmələri tələb olunur. Bu mərhələni də uğurla keçən komandalar “TEKNOFEST-2024”ün final mərhələsinə vəsiqə qazanacaqlar.
Moskvada görkəmli hüquqşünas alim Cahangir Kərimovun xatirə gecəsi keçirilib
Eskişehirdə Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Qazaxıstan Yazıçılar Birliyinin yubiley toplantısında təmsil olunub
BDU İnnovasiya üçün Qlobal Universitetlər Şəbəkəsinə tamhüquqlu üzv seçilib
Tacikistan Aqrar Universitetində “Nizami və dünya ədəbiyyatı” mövzusunda tədbir keçirilib