×
A
A
A
Sazlamalar

Paytaxtda 210 məktəbdə STEAM layihəsi tətbiq edilir

Bakı, 11 iyun, AZƏRTAC

2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 210 ümumi təhsil müəssisəsində STEAM layihəsi tətbiq edilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.

Elm və təhsil 2024-06-11 16:07:00