Naxçıvanda sərnişin daşınması 0,8 faiz artıb
Naxçıvan, 11 iyun, AZƏRTAC
Cari ilin yanvar-may aylarında muxtar respublikada nəqliyyat sektorunda 2 milyon 829 min 400 ton yük, 18 milyon 917 min 300 sərnişin daşınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1, sərnişin daşınması isə 0,8 faiz artıb.
2024-cü ilin yanvar-may aylarında informasiya və rabitə xidmətlərinin dəyəri isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artaraq 14 milyon 145 min 400 manat olub.
Qəbələdə kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim olunub
“Azərbaycan Atabəyləri” filmi Laçında nümayiş olunub
Astarada qəza baş verib, motosiklet sürücüsü ölüb
Naxçıvanın muxtariyyəti - tarixi zərurət, tarixi nailiyyət
“Qış nağılı” Beynəlxalq Musiqi Festivalında möhtəşəm kamera musiqisi axşamı keçirilib