Əlyazmalar İnstitutunda Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsi yaradılır
Bakı, 11 iyun, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda daxili imkanlar hesabına Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsi yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bununla bağlı AMEA Rəyasət Heyətinin növbəti iclasında qərar qəbul edilib. Yeni şöbənin yaradılması Qərbi Azərbaycanın azərbaycanlı əhalisinin və Qarabağın qeyri-maddi mədəni irsinin - əlyazmalarının transliterasiya və tərcümə edilməsi, sistemləşdirilməsi, nəşri, tədqiqi və təbliği istiqamətində fəaliyyətin gücləndirilməsi məqsədi daşıyır.
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri təhsillərini Qazaxıstanda davam etdirəcəklər
“Bizi Qərbi Azərbaycana qaytaran tarixi yaddaşımız olacaq” - Hikmət Babaoğlu
“Naxçıvan Muxtar Respublikası: ictimai-tarixi proseslər və müasir dövr” - elmi konfrans