×
A
A
A
Sazlamalar

Macarıstanın Baş naziri NATO-nun Baş katibi ilə çətin danışıqlara hazırlaşır

Budapeşt, 11 iyun, AZƏRTAC

Macarıstanın Baş naziri Viktor Orban NATO-nun Baş katibi Yens Stoltenberqin Budapeştə səfərinin anonsunu verib.
AZƏRTAC xəbər verir ki, hökumət başçısı bu səfərin iyunun 12-də gözlənildiyini bildirib. Onun sözlərinə görə, Budapeştdə qonaqla ölkənin Ukraynadakı alyans missiyasında iştirak etməyəcəyi məsələsini müzakirə etmək niyyətindədir.
Viktor Orban deyib: “İki gündən sonra NATO-nun Baş katibi burada olacaq və onunla Macarıstanın NATO-nun Ukraynadakı missiyasında iştirakdan necə imtina edə biləcəyini müzakirə edəcəyik”.
Orban daha əvvəl bəyan etmişdi ki, Macarıstan Şimali Atlantika Alyansı ilə blokun öz ərazisindən kənardakı hərbi əməliyyatlarında, o cümlədən Ukraynada Rusiyaya qarşı mümkün əməliyyatlarda iştirak etməyəcəyi barədə razılığa gəlmək niyyətindədir.
Baş nazirin sözlərinə görə, o, bununla bağlı Stoltenberqlə razılaşma əldə etmək istərdi.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2024-06-11 15:51:00