Cavid Vəliyev: Dünya ictimaiyyətinin Qərbi Azərbaycan məsələsi barədə məlumatlandırılması üçün ciddi işlərin aparılması zəruridir
Bakı, 10 iyun, AZƏRTAC
Qərbi Azərbaycan məsələsi öz torpaqlarından deportasiya olunmuş həmvətənlərimiz üçün ümummilli məsələdir. Buna görə də dünya ictimaiyyətinin Qərbi Azərbaycan məsələsi barədə məlumatlandırılması üçün ciddi işlərin aparılması zəruridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev "Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı” mövzusunda keçirilən tədbirdə söyləyib.
O bildirib ki, indiki Ermənistan ərazisindən çıxarılmış azərbaycanlılar oradan təsadüfən qovulmadılar. Belə ki, erməni millətçiləri azərbaycanlıların tarixi torpaqlarından qovulmaları üçün sistemli işlər aparıblar.
Bakıda İtaliyanın Milli Günü münasibətilə rəsmi qəbul təşkil olunub
Milli Məclisin iclasında 12 məsələ müzakirə olunub YENİLƏNİB VİDEO
“Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi olub