Azərbaycan XİN: Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma seçkiləri tanımırıq
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”nə dair bəyanat yayıb.
Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və iyunun 9-da Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.
Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını qınayıb
Kolumbiya mətbuatı: Azərbaycan - qlobal diqqətin yeni mərkəzi