×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 14-cü və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13; Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli, 29 mart tarixli 1110-VIQD nömrəli və 1113-VIQD nömrəli qanunları) 350.4-cü maddəsində “3 gün müddətində” sözləri “dərhal” sözü ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1110-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 11.1-ci maddədə “keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi” sözləri “keçmələri” sözü ilə əvəz edilsin;
2.2. 65.5-ci, 161.4-cü, 162.3-cü, 163.3-cü və 166.2-1-ci maddələrdə “qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən” sözləri “məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən” sözləri ilə əvəz edilsin;
2.3. 68.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“68.6. Valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.”;
2.4. 118.20-ci maddədə “3 gün müddətində” sözləri “dərhal” sözü ilə əvəz edilsin;
2.5. 164.5-ci maddədə “akt qeydi üzrə” sözləri “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında” sözləri ilə əvəz edilsin və həmin maddəyə “şəxs” sözündən sonra “, yaxud onun qanuni nümayəndəsi, etibarnamə ilə səlahiyyət verdiyi şəxs, barəsində akt qeydi tərtib edilmiş şəxs öldükdə isə yaxın qohumları” sözləri əlavə edilsin;
2.6. 171.1-ci maddənin birinci cümləsində “şəxsən yazılı ərizə verirlər” sözləri “ərizə ilə müraciət edirlər” sözləri ilə əvəz edilsin;
2.7. 171.2-ci və 178.2-ci maddələr ləğv edilsin;
2.8. 180.1-ci maddəyə “nikahın pozulmasını” sözlərindən sonra “bu Məcəllənin 23.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən, habelə” sözləri əlavə edilsin;
2.9. 183-cü maddənin birinci cümləsinə “qeydə alınması” sözlərindən sonra “(qeydiyyat bu Məcəllənin 23.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsi)” sözləri əlavə edilsin.

Maddə 3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.0.3-cü maddəyə “qeydiyyatı” sözündən sonra “, habelə şəhadətnamələrin verilməsi” sözləri əlavə edilsin;
3.2. 12-ci maddə üzrə:
3.2.1. adına “qeydiyyatı” sözündən sonra “, habelə şəhadətnamələrin verilməsi” sözləri əlavə edilsin;
3.2.2. 12.2-ci maddənin birinci abzasına və 12.3-cü maddəyə “qeydə alınması” sözlərindən sonra “(qeydiyyat “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsi)” sözləri əlavə edilsin;
3.2.3. 12.2.2-ci maddədə “qeydiyyat” sözü “qeydə alınması (qeydiyyat “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsi)” sözləri ilə əvəz edilsin;
3.3. 13-cü maddənin adına “qeydə alınması” sözlərindən sonra “və ilkin şəhadətnamələrin verilməsi” sözləri əlavə edilsin;
3.4. 16.3-cü maddə üzrə:
3.4.1. birinci abzasa “qeydiyyatına” sözündən sonra “, habelə şəhadətnamələrin verilməsinə” sözləri əlavə edilsin;
3.4.2. aşağıdakı məzmunda 16.3.3-1-ci maddə əlavə edilsin:

16.3.3-1.məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına (qeydiyyat “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindənçıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsinə) görə (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə birinci müraciət etmiş tərəfdən)

15 ABŞ dolları 

3.4.3. 16.3.4-cü maddəyə “qeydə alınmasına” sözlərindən sonra “(qeydiyyat “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsinə)” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 may 2024-cü il

Qanunlar 2024-06-06 14:09:00