×
A
A
A
Sazlamalar

Naxçıvan şəhərində fəaliyyət göstərən marketdə nöqsanlar aşkarlanıb

Naxçıvan, 30 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Naxçıvan şəhəri, 49-cu məhəllədə fəaliyyət göstərən marketdə plandankənar yoxlamalar aparılıb, bir sıra nöqsanlar aşkar edilib.
Agentlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yoxlama zamanı marketdə mal qonşuluğu prinsipinə əməl olunmadığı, temperatur rejiminin pozulduğu, anbarda məhsulların saxlanması zamanı xüsusi altlıqlardan istifadə edilmədiyi və etiketlənmə qaydalarına əməl olunmadığı müəyyənləşib.
Faktla bağlı sahibkar barəsində protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib.

 

Regionlar 2024-05-30 17:51:00