Ağdamda elektrik paylayıcı avadanlıqları və elektrik yuvaları istehsal olunacaq
Ağdam, 30 may, AZƏRTAC
Ağdam Sənaye Parkının rezidenti kimi 2022-ci ildə qeydiyyata alınan “Eel Electric” MMC elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı ilə məşğul olacaq. Müəssisədə 35-10 kV paylayıcı qurğular, 0.4 kV paylayıcı panellər, kondensator qurğuları, müxtəlif növ transformator məntəqələrin istehsalı həyata keçiriləcək.
MMC-nin təsisçisi və direktoru Vüsal Mirzəyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda müəssisədə tikinti işləri yekunlaşmaq üzrədir. İndiyədək görülmüş işlərə təxminən 1,5 milyon manat investisiya yatırılıb və işlərin 75 faizi yekunlaşıb. Türkiyə və Avropanın qabaqcıl ölkələrindən avadanlıqlar gətirilib, yaxın vaxtlarda onların quraşdırılmasına başlanılacaq.
Ağdam Sənaye Parkının 1,7 hektar ərazisində inşa edilən müəssisədə 70 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunan məhsulların əsasən Qarabağda aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməsi planlaşdırılır.
Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatı dayandırılacaq
İmişlidə 82 yaşlı qadın kanalda boğularaq ölüb VİDEO
Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib
İki kiloqram quzu əti qiymətinə satılan quzuqarnı - Şabrandan REPORTAJ VİDEO
Mingəçevir teatrı Novruz bayramında uşaqları yeni səhnə əsəri ilə sevindirib