×
A
A
A
Sazlamalar

Naxçıvanda ilk dəfə Sığorta festivalı təşkil olunacaq

Naxçıvan, 29 may, AZƏRTAC

Naxçıvanda ilk dəfə Sığorta festivalı təşkil olunacaq.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev deyib.
O qeyd edib ki, bu il sentyabr ayında Naxçıvanda sığorta maarifləndirilməsi sahəsində geniş layihəyə başlanılacaq: “İlk dəfə Naxçıvanda Sığorta festivalı təşkil olunacaq. Həm Naxçıvan mediasında, həm ənənəvi kütləvi informasiya vasitələrində, həm də sosial mediada sığorta sahəsində intensiv maarifləndirmə tədbirləri həyata keçiriləcək”.

Regionlar 2024-05-29 12:31:00