Polşa Ukraynaya tədarük etdiyi silahlardan Rusiya ərazisinə zərbə endirilməsinə icazə verib
Bakı, 29 may, AZƏRTAC
Polşa Ukraynanın Rusiya ərazisindəki hədəflərə zərbə vurması üçün Varşavadan aldığı silahlardan istifadə etməsini məhdudlaşdırmır.
AZƏRTAC xəbər verir ki, Polşa müdafiə nazirinin müavini Sezari Tomçik bu barədə “Radio Zet” radiostansiyasının efirində deyib.
“Ukraynaya tədarük etdiyimiz Polşa silahları ilə bağlı heç bir məhdudiyyət yoxdur”, - deyə Tomçik bildirib. Onun sözlərinə görə, Varşava hazırda Ukrayna üçün 45-ci hərbi yardım paketini hazırlayır.
Bir müddət öncə Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel Aİ-nin müdafiə nazirlərinin iclasından sonra indiyədək yalnız bir və ya iki ölkənin Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsi üçün təchiz etdikləri silahlardan istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmağa hazır olduğunu bildirib.
NATO-nun Baş katibi Yens Stoltenberq isə həmin iclasda alyans dövlətlərinin Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsi üçün qoyduqları məhdudiyyətləri götürüb-götürməmək barədə fərdi qərar qəbul etdiklərini qeyd edib.
Tramp: ABŞ və Ukrayna tezliklə faydalı resurslarla bağlı saziş imzalayacaq
Tutuquşuların danışma qabiliyyəti insan beynindəki nitq mexanizmləri ilə oxşardır - ARAŞDIRMA
Aİ-nin aparıcı ölkələri Parisdə Ukrayna ilə bağlı yeni sammit keçirəcək
İsrail ordusu Qəzza zolağının cənubunda əməliyyatlara başlayıb
Gürcüstan və Ermənistanın hökumət başçıları regiondakı vəziyyəti müzakirə ediblər