×
A
A
A
Sazlamalar

İmişlidə yol qəzası zamanı motosikletçi ölüb VİDEO

İmişli, 29 may, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə yol qəzası baş verib. Minik maşını ilə motosikletin toqquşması nəticəsində bir nəfər ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 9 radələrində İmişli şəhəri Pənah Həsənov və Qara Qarayev küçələrinin kəsişməsində qeydə alınıb. “Opel” markalı minik maşını ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü Samir Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2024-05-29 10:32:00

Video