Yığma üzvü: Nəticəmizi dəstək sayəsində əldə etdik
Bakı, 28 may, AZƏRTAC
Yarış bizim üçün yaxşı keçdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən gimnastika üzrə Avropa çempionatında çıxışını başa vuran qrup hərəkətləri üzrə Azərbaycan komandasının üzvü Zeynəb Hümmətova jurnalistlərə açıqlamasında deyib.
O, "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazandıqları üçün xoşbəxt olduğunu bildirib: “Biz Avropa çempionatına lisenziya üçün yollanmışdıq. Düzdür, Parisə lisenziyamız təsdiqlənməsə də, yaxın zamanda Beynəlxalq Gimnastika Federasiyası tərəfindən bu qərar qəbul olunacaq. Biz nəticəmizi dəstək sayəsində əldə etdik. Hər kəsə təşəkkür edirəm".
Gələcək hədəflərindən söz açan Z. Hümmətova deyib: "Avropa çempionatında azsaylı komandalardan biri idik ki, dörd dəfə çıxışlarımızı təmiz yerinə yetirdik. Kompozisiyalarda dəyişiklik edilmişdi. Çalışacağıq ki, Olimpiya Oyunlarında da ölkəmizi layiqincə təmsil edək”.
Milli komanda çoxnövçülük proqramında (5 halqa; 3 lent və 2 top) 70,200 xal toplayaraq 4-cü yeri tutub. Həmçinin yığmamız 3 lent və 2 top proqramı üzrə 4-cü (33,350), halqalarla çıxışda isə 6-cı sırada (36,600) qərarlaşıb.
Rafael Fiziyev UFC turnirində iştirak etmək üçün Bakıya gəlib
Azərbaycan akrobatları Bakıdakı Dünya Kubokunda finala yüksəliblər
Avropa çempionatı: Azərbaycanın sərbəst güləşçiləri 2 qızıl, 1 bürünc medal qazanıblar
“Sabah” klubu baş məşqçisi ilə yollarını ayırıb
Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü də medalsız başa vurublar