Avropa çempionatında çıxışını başa vuran qrup hərəkətləri üzrə Azərbaycan komandası Vətənə qayıdıb VİDEO
Bakı, 28 may, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə keçirilən gimnastika üzrə Avropa çempionatında çıxışını başa vuran qrup hərəkətləri üzrə Azərbaycan komandası Vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektivi Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Milli komanda çoxnövçülük proqramında (5 halqa; 3 lent və 2 top) 70,200 xal toplayaraq 4-cü yeri tutub. Həmçinin yığmamız 3 lent və 2 top proqramı üzrə 4-cü (33,350), halqalarla çıxışda isə 6-cı sırada (36,600) qərarlaşıb.
Avroliqa: “Fənərbağça” “Partizan”a qalib gəlib
Almaniya Bundesliqası: Son çempion doğma meydanda xal itirib