Malta və Kosovo NATO Parlament Assambleyasına assosiativ üzv qəbul edilib
Valletta, 28 may, AZƏRTAC
Malta və Kosovo NATO Parlament Assambleyasına (NATO PA) assosiativ üzv qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə NATO PA-nın Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yaz toplantısında qərar qəbul olunub.
Səs çoxluğu ilə assambleyanın assosiativ üzvü kimi qəbul edilən bu iki ölkə qərarların qəbulu mexanizmlərində rol oynayacaq, NATO PA-dakı nümayəndələrinin sayını artıracaq, üçüncü ölkələrə səfər edəcək müxtəlif nümayəndə heyətlərində iştirak edə biləcək.
Toplantıda 32 üzv ölkədən təxminən 400 nümayəndə iştirak edib.
Qeyd edək ki, Malta və Kosovo əvvəllər NATO PA-da müşahidəçi üzv statusunda idi.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Valletta
Türkiyə ordusu Suriya və İraqın şimalında 21 terrorçunu məhv edib
Serdar Ünsal: Qanlı Yanvar cinayətini törədənlərin məsuliyyətə cəlb etmə müddəti yoxdur
Blinkenin jurnalisti mətbuat konfransından zorla uzaqlaşdırması sərt tənqid edilir