Yığmanın məşqçisi: Vətənə medalla dönmək qürurverici hissdir
Bakı, 27 may, AZƏRTAC
Bu cür mötəbər yarışda iştirak etmək bizim üçün yaxşı təcrübə oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənc gimnastlardan ibarət Azərbaycan yığmasının məşqçisi Nəzrin Cəfərzadə Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Avropa çempionatında komanda hesabında üçüncü yeri tutmaları barədə danışarkən deyib.
O, yarışın özləri üçün çətin keçdiyini bildirib: “Gimnastlarımız verilən tapşırıqların öhdəsindən layiqincə gəldilər. Vətənə medalla qayıtmaq qürurvericidir. Qarşıdakı yarışlarda daha yaxşı nəticələr qazanmaq istəyirik”.
Azərbaycanın gənc fərdi gimnastları Gövhər İbrahimova (halqa), Şəms Ağahüseynova (lent), İlahə Bahadirova (top), Fidan Qurbanlı (gürzlər) komanda hesabında, ümumilikdə, 117,400 xalla bürünc medal sahibi olaraq fəxri kürsünün 3-cü pilləsində qərarlaşıblar. Kürsünün ilk pilləsində Rumıniya, 2-ci sırada isə İsrail komandası yer alıb. Bundan başqa İlahə Bahadirova (top) 30,500 xalla 4-cü, Şəms Ağahüseynova (lent) 28,300 xalla 4-cü, Gövhər İbrahimova (halqa) 30,400 xalla 5-ci, Fidan Qurbanlı (gürzlər) 28,400 xalla 8-ci sırada yer tutublar.
Misli Premyer Liqası: “Turan Tovuz” “Zirə”ni məğlub edib
Avropa Kuboku: “Qarabağ” növbəti mərhələyə yüksəlib
Avropa Kuboku: "Kür" komandası Yunanıstan təmsilçisinə məğlub olub
Misli Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib