Azərbaycanın yeniyetmə rəssamlarının əsərləri Koreya Respublikasında sərgidə nümayiş olunur
Pekin, 27 may, AZƏRTAC
Koreya Respublikasının Pyonqtek Beynəlxalq Mübadilə Fondunun və Pyonqtek şəhər meriyasının birgə təşkilatçılığı ilə ənənəvi Beynəlxalq Uşaq İncəsənət Mübadiləsi Sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, sərginin məqsədi 5-13 yaşlı uşaqların ətraf mühit və iqlim dəyişikliyi üzrə yaradıcılıqlarının ifadə edilməsi üçün platforma yaratmaq, eləcə də Pyonqtek şəhəri ilə iştirakçı ölkələr arasında mədəni mübadiləni təşviq etməkdir.
İyul ayınadək davam edəcək sərgidə Azərbaycandan 10 yeniyetmə rəssamın ətraf mühit, ekologiya və iqlim dəyişikliyi mövzusuna həsr olunan əsərləri nümayiş olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
İNALCO-nun tələbəsi: “Türk Mədəniyyəti və Dili Günü” bütün türk xalqlarının mədəniyyətini tanıdır
Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı təntənəli qala-konsertlə başa çatıb
İNALCO-nun tələbəsi: Məqsədim tariximizi və mədəniyyətimizi tələbələrə tanıtmaqdır
Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər