×
A
A
A
Sazlamalar

Naxçıvanda Dövlət Proqramının icrasının təşkili məqsədilə İşçi Qrupu yaradılıb

Naxçıvan, 27 may, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü il 24 may tarixli Sərəncamı ilə İşçi Qrupu yaradılıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Sərəncamda İşçi Qrupuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əsas icraçısı olduğu hər bir tədbirin icrası ilə bağlı görülmüş işlərə dair Nazirlər Kabinetinə aylıq hesabat təqdim edilməsi tapşırılıb.
Məlumat üçün qeyd edək ki, Təfsilatlı Tədbirlər Planında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əsas icraçısı olduğu tədbirlər üzrə icra funksiyasının yerinə yetirilməsi Sərəncamda adları çəkilmiş dövlət orqanlarına həvalə edilib.

 

Regionlar 2024-05-27 19:24:00