×
A
A
A
Sazlamalar

® Bakıda “Yango” şirkətinin tərəfdaşı olan “Yes Park” taksi parkının açılışı olub

Bakıda “Yango” şirkətinin tərəfdaşı olan “Yes Park” adlı taksi parkının açılışı olub.

Sürücülərə sifarişləri yeni avtomobillərdə qəbul etməyə imkan verən park ümumilikdə 60-dan çox avtomobil əldə edib. Taksi parkının açılışı “Yango”nun tələblərinə cavab verən tərəfdaşların avtomobil parkının yenilənməsi proqramı çərçivəsində baş tutub.
“Tərəfdaşlarımızla birlikdə biz taksi xidmətlərini sərnişinlər üçün daha rahat və təhlükəsiz etməyə çalışırıq”, - deyə “Yango” şirkətinin Azərbaycan üzrə rəhbəri Müşviq Həsənov bildirilib. O həmçinin qeyd edib ki, şirkət bu yaxınlarda daşıyıcı şirkətlərə yeni avtomobillərin alınması və lizinqi üçün güzəştli kredit şərtləri əldə etməyə imkan verəcək proqramın icrasına başlayıb: “Bu, onlara avtomobil parkını qısa müddətdə modernləşdirməyə və göstərilən xidmət keyfiyyətini yüksəltməyə kömək edəcək. “Yes Park”ın açılışı proqramın işinin əyani nümunəsidir. Taksi parkında sürücülər üçün təlim mərkəzi fəaliyyət göstərir. Təlimlər sürücülərin peşəkarlıq səviyyəsini yüksəltməyə və sərnişinlərə yüksək keyfiyyətli xidmət göstərməyə kömək edəcək”.
“Yes Park”ın direktoru Orxan Əliyev deyib: “Xüsusi olaraq açılış üçün son illərin istehsalı olan 60 ədəd avtomobil almışıq. Avtomobil parkımızın üçdə bir hissəsini ekoloji cəhətdən təmiz nəqliyyat növü olan elektrik avtomobillər təşkil edir. Ümid edirik ki, “Yango” ilə birlikdə, xüsusilə bu il Bakıda keçiriləcək COP29 iqlim sammitinə hazırlıq çərçivəsində bu sahəni inkişaf etdirməyə davam edəcəyik”.

Açılış mərasimində iştirak edən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, Azərbaycanda taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı verilən qərarların icrası artıq yerli şirkətlər, eləcə də transmilli şirkətlər tərəfindən icra olunmaqdadır:

“İndiyə qədər bazarda xaotik bir vəziyyət var idi, rəqabət və digər davranışlar oyun qaydalarına uyğun aparılmırdı. Bu gün Azərbaycan qanunlarına uyğun olaraq, yerli və transmilli şirkətlər öz işlərini qurublar. “Yango” şirkəti ili təzə olan, daha müasir tələblərə uyğun olan avtomobilləri taksi fəaliyyəti üçün vətəndaşların ixtiyarına verir. Hesab edirəm ki, bu parkın təməli bu gün qoyulursa, gələcəkdə daha geniş və müxtəlif məkanlarda parkların açılışına şahidlik edəcəyik. Bu o deməkdir ki, biz daha müasir taksilərdə səfər edəcəyik. Hesab edirəm ki, artıq mümkünsüz kimi yanaşdığımız, gördüyümüz düşüncələri kənara qoya bilərik. Bu gün bu parkda gördüyümüz avtomobillərin böyük əksəriyyəti 2018-ci ildən sonranın, burada olan avtomobillərin əksəriyyəti isə 2023-cü ilin istehsalıdır. Bu parkda təkcə ekonom, komfort və biznes səfərlər üçün nəzərdə tutulan avtomobillər var. “Yango”nun bu addımı çox təqdirəlayiqdir, bu eyni zamanda sağlam rəqabət üçün imkan yaradacaq”.

 

İqtisadiyyat 2024-05-27 18:46:00