Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul edəcək
Bakı, 27 may, AZƏRTAC
Mədəniyyət naziri Adil Kərimli iyunun 14-də saat 10:00-da Samux şəhər Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 165) Gəncə, Naftalan şəhərlərindən, Samux, Goranboy, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar iyunun 10-dək Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin [email protected] elektron poçt ünvanı ilə qeydiyyatdan keçə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin (022) 266-29-48, daxili 110 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq da mümkündür.
İstanbulda Azərbaycanın milli-mədəni dəyərləri nümayiş etdirilib
Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub
Akademik Fəraməz Maqsudovun 95 illiyi münasibətilə hazırlanmış vəsait istifadəçilərə təqdim olunub