Milli Xalça Muzeyində 28 May – Müstəqillik Günü qeyd olunub
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Milli Xalça Muzeyində 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli çıxış edərək XX əsrin əvvəllərində olduqca mürəkkəb tarixi dövrdə müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətindən danışıblar.
Natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz iz qoyduğunu, mövcud olduğu 23 aylıq qısa zamanda qəbul edilən mütərəqqi qanun və qərarları, qazanılan uğurları və s. diqqətə çatdırıblar.
Bildirilib ki, tariximizin ən möhtəşəm və qürurverici səhifələrindən olan 28 may tarixini bizə bəxş edən Cümhuriyyət qurucuları daim böyük sevgi və ehtiramla xatırlanır.
Macarıstanda Azərbaycan evində Turizm və Mədəniyyət Günü keçirilib
Nizami Gəncəvinin türkcəyə tərcümə edilmiş “Sirlər xəzinəsi” əsəri Ankarada çapdan çıxıb
Nizami Kino Mərkəzində “Tağıyev” sənədli filminin təqdimatı olub
“İRS” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb