DSMF-nin gəlirləri və xərcləri 30 milyon manat artırılır
Bakı, 27 may, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsində dəyişiklik edilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 27-də keçirilən iclasının gündəliyinə daxil edilən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinə dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 30 milyon manat (0,4 faiz) artırılmaqla 6 milyard 949,9 milyon manat təşkil edəcək.
İcbari Tibbi Sığorta Fondunun gəlir və xərcləri isə bərabər olaraq 38,9 milyon manat (1,4 faiz) artırılmaqla 2 milyard 850,3 milyon manat təşkil edəcək.
Taleh Babayev: Binəqədi rayonunda baş verən yanğının ilkin səbəbləri araşdırılır VİDEO
FHN: Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb YENİLƏNİB 3 VİDEO
Binəqədidə baş verən yanğınla əlaqədar ərazidə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib
Azərbaycanın avtomobil yollarında dumanla əlaqədar görünüş məsafəsi məhdudlaşacaq