Neftçalada Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirilib
Neftçala, 26 may, Aydın Yavərzadə AZƏRTAC
Neftçala rayon Xanoğlan Məmmədov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbində keçirilən gecədə rayon icra hakimiyyətinin, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin, YAP Neftçala rayon təşkilatının rəhbərliyi, şəhid ailələri, ədəbiyyatsevərlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutduğu qeyd olunub. Qeyd edilib ki, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkar hərtərəfli biliyə malik mütəfəkkir kimi həyata, insana dərin məhəbbət aşılayıb və daim gözəllik duyğusu yaradıb. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaradaraq, Azərbaycan bədii dilini daha da zənginləşdirib.
Gecədə şairin qəzəllərindən nümunələr səsləndirilib, muğam və təsniflər, “Leyli və Məcnun” operasından hissələr təqdim edilib, məktəblilərin ifasında “Söhbətül-əsmar” əsərindən səhnəcik nümayiş etdirilib.
Bakı-Qazax yolunda duman səbəbindən baş verən zəncirvari qəzada iki nəfər ölüb YENİLƏNİB-2
Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətində reyslər əvvəlki kimi həyata keçirilir YENİLƏNİB
Lənkəranda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Forum təşkil olunub
Saatlıda qonşular arasında ədavət ölümlə nəticələnib
Naxçıvanda DYPİ hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib