Xaçmaz və Qubada 2115 abituriyent biliklərini sınayıb
Xaçmaz, 26 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 26-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən şimal bölgəsinin məzunları Xaçmaz və Quba şəhərində biliklərini sınayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 2115 abituriyent doqquz mərkəzdə imtahan veriblər.
İmtahanlar saat 10:00-da başlayıb və 3 saat davam edib.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Nadiroğlu bildirib ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahanlara 298 nəzarətçi müəllim, o cümlədən 51 imtahan rəhbəri cəlb olunub. İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.
Bu gün Quba və Xaçmazla yanaşı, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad və Masallıda da təşkil edilib.
Sabirabadda yol qəzası baş verib, xəsarət alan var
Polşalı musiqiçilər “Qış nağılı” festivalında
Xıdır Nəbi bayramının özünəməxsus şəkildə qeyd olunduğu kənddən REPORTAJ VİDEO