Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkar edilib VİDEO
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hava hücumundan müdafiə (HHM) sistemi və döyüş mövqeyinə baxış keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xocalı rayonunda aşkar olunan hərbi obyektdən istismara yararlı "2K11 Kruq" zenit-raket kompleksinin tərkibinə daxil olan "1С32" raketlərin hədəfə yönləndirmə stansiyası, bir neçə "2П24" buraxıcı qurğusu və üzərində "3М8" idarəolunan zenit-raketləri ərazidən müsadirə edilib.
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Ulu Öndərin 102 illiyi Azərbaycan Ordusunda ehtiramla anılıb
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Sumqayıtda 50-dən çox hərbi qulluqçuya mənzillərin sənədləri və açarları təqdim olunub VİDEO