Lənkəranda “KamAZ” sürücünün üzərinə aşıb
Lənkəran, 25 may, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda bədbəxt hadisə nəticəsində sürücü xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qurumba kəndində baş verib. Kənd sakini 1984-cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov “KamAZ” markalı yük maşınının təkərini dəyişmək istəyib. Bu zaman qaldırıcı boşalıb və yük maşını sürücünün üzərinə aşıb. S.Həsənov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyublar.
Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri Ağdam rayonunda davam etdirilir
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
Azərbaycanda yay turizm mövsümü başlayıb - “Şahdağ” Turizm Mərkəzinə mediatur FOTO