×
A
A
A
Sazlamalar

Naxçıvanda qeyri-sabit hava şəraiti müşahidə olunur

Naxçıvan, 25 may, AZƏRTAC
Günorta saatlarından başlayaraq muxtar respublika ərazisində yağıntılı hava şəraiti fasilələrlə davam edir, ayrı-ayrı yerlərdə intensiv xarakter alır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan və Şahbuz şəhərlərinə dolu düşüb, güclü yağış yağıb.
Dolunun diametri 1-2 mm, yağışın miqdarı isə Naxçıvan şəhərində 4 mm, Şahbuzda 3 mm olub.
Culfa rayonunda isə hazırda sürəti 18-22 m/san olan güclü külək əsir.

Regionlar 2024-05-25 18:42:00