Əmanətlərin Sığortalanması Fondu “Bank of Azerbaijan”ın kreditorlarına müraciət edib
Bakı, 25 may, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin kreditorlarına müraciət edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 82.1.5-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əməkhaqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödəniş mayın 29-dan etibarən başlanacaqdır.
Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcəkdir. Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müvafiq sənədləri (bank rekvizitləri əlavə edilməklə) təqdim etməklə müraciət etsinlər.
Ünvan: Bakı şəhəri, Babək prospekti 16, ƏSF-nin inzibati binası.
Qaynar xətt əlaqə nömrəsi: 941
“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib
AZAL-dan bütün istiqamətlərə 25 faiz endirim kampaniyası
“Azərişıq” ASC Medianın İnkişafı Agentliyi ilə birgə Zəngilana mediatur təşkil edib