Şimal-qərb bölgəsi üzrə intellektual məktəb çempionatının zona mərhələsinin qalibi müəyyənləşib
Şəki, 25 may, Mustafa Dadaşov, AZƏRTAC
Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş “Bir kərə yüksələn bayraq” adlı intellektual məktəb çempionatının şimal-qərb bölgəsi üzrə zona mərhələsi Zaqatala rayonunu təmsil edən “Dəmir yumruq” komandasının qələbəsi ilə başa çatıb.
Bu barədə AZƏRTAC-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Şəki şəhər 12 nömrəli tam orta məktəbdə keçirilən yarışda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının məktəblərini təmsil edən komandalar iştirak ediblər.
Çempionatın keçirilməsində məqsəd yeniyetmə və gənclərin intellektual, yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, onların müxtəlif sahələrdə dərin biliklərə sahib olmalarını dəstəkləməkdir.
Zona birinciliyində qalib gələn komanda kubok və medallarla mükafatlandırılıb.
Şəki Dövlət Dram Teatrı paytaxt teatrsevərlərinin qonağı olub
İntensiv şaftalı bağlarına görə fermerlərə birdəfəlik əkin subsidiyası veriləcək