Volodimir Zelenski: Bu gün atəşkəs Ukrayna üçün çox təhlükəlidir
Bakı, 25 may, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə atəşkəs məsələsinə baxmağı mümkün hesab etmir.
AZƏRTAC xəbər verir ki, bunu Volodimir Zelenski “Orda” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda atəşkəs Ukrayna üçün çox təhlükəlidir. Rusiya bu vəziyyətdən öz mövqelərini gücləndirmək üçün istifadə edə bilər.
Rusiya Prezidenti Vladimir Putin cümə günü Minskdə keçirdiyi mətbuat konfransında vurğulayıb ki, Moskva Kiyevlə dialoqu davam etdirməyə hazırdır. Lakin danışıqlara Türkiyə və Belarusda əvvəllər əldə edilmiş razılaşmalar əsasında, eləcə də sahədəki mövcud vəziyyəti nəzərə alaraq qayıtmaq olar.
İspaniyada enerji böhranına görə AES-lərin fəaliyyəti dayandırılıb
Cənubi və Qərbi Avropada elektrik şəbəkələrinin fəaliyyətində genişmiqyaslı nasazlıq baş verib
Azərbaycan komandaları Lefkoşada keçirilən TECHNOFEST-2025 Festivalının finalında iştirak edəcək
Pekin Si Cinpin ilə Donald Tramp arasında telefon danışığı iddialarını təkzib edib
Cənubi Koreyada güclü meşə yanğınlarına görə sakinlər təxliyə ediliblər