Bakının 549 küçəsi yuyulub
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə təmizlik və abadlıqla bağlı növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səhər saatlarından etibarən qurumun kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 549 əsas küçə, prospekt və məhəllədaxili yollarının yuyucu maddələrlə yuyulması təmin edilib, eyni zamanda, genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib, xeyli sayda rəngbərəng güllər əkilib.
Qeyd edək ki, paytaxtın bütün rayonlarını əhatə edən iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfədir.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb
Hazırda ölkəmizdə 2503 vəkil fəaliyyət göstərir
MN: Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Dağlıq rayonlara qar yağır, bəzi ərazilərdə güclü şimal-qərb küləyi əsir - FAKTİKİ HAVA