Lvovda Azərbaycanı xatırladan məkanlar... – FOTO VİDEO
Lvov, 25 may, AZƏRTAC
Lvov şəhərində Azərbaycanı xatırladan bir çox məkan var. Onlardan biri şəhərin mərkəzində yerləşən “Bakı” küçəsidir.
AZƏRTAC xəbər verir ki, 1950-ci ildə Azərbaycanın paytaxtının şərəfinə adlandırılan bu küçədə şəxsi mülklərlə yanaşı 1930-cu illərin Polşa arxitekturası üslubunda tikilmiş birmərtəbəli evlər, həm də müasir evlər mövcuddur. Təxminən yarım kilometrə yaxın uzunluğu olan “Bakı” küçəsi yerli sakinlər və şəhərin qonaqları üçün cəlbedici məkan hesab edilir.
Bu küçədə yaşayan Maksim Pojar və Andrey Koval AZƏRTAC-a açıqlamasında bildiriblər ki, “Bakı” küçəsi onlara doğmadır. “Həyatımızda bizə Azərbaycanı xatırladan bir çox səbəblər var. Onlardan biri də hərbi qulluqda azərbaycanlılarla birgə xidmətdə olmağımızdır. Biz Bakı şəhərinin inkişafını görürük və Azərbaycanın paytaxtında olmaq istərdik”, - deyə “Bakı” küçəsinin sakinləri bildiriblər.
Sakinlər müharibə dönəmində göstərdikləri dəstəyə görə də azərbaycanlılara təşəkkür ediblər.
Bundan başqa, Lvovda “Bakı” küçəsi ilə kəsişmədə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirinin müavini olmuş general-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadənin adını daşıyan küçə də var.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Lvov
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
USAID: Qlobal inkişaf aləti, yoxsa geosiyasi təsir vasitəsi? TƏHLİL
Vado Şakarişvili: USAID sülhün deyil, müharibələrin, antidemokratiyanın, korrupsiyanın beşiyi olub
USAID-in ölkəmizdə fəaliyyətinin dayandırılması ilə bağlı qərar çox müsbət addımdır - ŞƏRH
Aleksandr Kovalenko: Bu çətin şəraitdə Azərbaycanın Ukraynaya dəstəyi əvəzsizdir VİDEO