×
A
A
A
Sazlamalar

Gürcüstanda zəlzələ baş verib

Tbilisi, 25 may, AZƏRTAC
Gürcüstanın Kaxeti bölgəsində zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar Dedoplistskaro bələdiyyəsindən 11 kilometr cənub-şərqdə, Zemo Xalatsani kəndi yaxınlığında 3,9 bal gücündə qeydə alınıb.
Zəlzələ digər bölgələrdə də hiss olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2024-05-25 17:17:00