Naxçıvan büdcəsinin gəlir və xərcləri artırılıb
Bakı, 25 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər səviyyədə, yəni 22,9 milyon manat (4,4 faiz) artırılmaqla 539,3 milyon manat təşkil edəcək.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkə daxilində istehsal edilən və qiymətləri tənzimlənən yanacağın daşıyıcılar tərəfindən Naxçıvan Muxtar Respublikasına çatdırılması məqsədilə çəkilən əlavə xərclərin qarşılanması üçün nəzərdə tutulmuş 6,8 milyon manat vəsait Muxtar Respublikanın büdcəsindən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri vasitəsilə təmin olunacaqdır.
Bu səbəbdən dövlət büdcəsindən Muxtar Respublikanın büdcəsinə verilən dotasiyanın məbləği 6,8 milyon manat azaldılıb.
Azərbaycan neftinin qiyməti 67 dolları ötüb
30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir