×
A
A
A
Sazlamalar

Lvovda soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil olunub

Lvov, 25 may, AZƏRTAC

Azərbaycanın Ukraynadakı səfirliyi Lvov şəhərində yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil edib.
AZƏRTAC xəbər verir ki, səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsləri Qalibbəy Ağadadaşov və Pərviz Əsədov Lvov vilayəti və yaxın ərazilərdən gələn soydaşlarımızın müraciətlərini ayrı-ayrılıqda dinləyiblər. Qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb. Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunub.
Q.Ağadadaşov bildirib ki, Ukraynada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin daha səmərəli həlli üçün səfirlik tərəfindən ölkənin müxtəlif şəhərlərində bu cür görüşlərin davam etdirilməsi nəzərdə tutulub.
Səyyar görüşlərin məqsədi soydaşlarımızın problemlərini yerindəcə araşdırmaq və müvafiq qərarlar verməkdir.

Siyasət 2024-05-25 17:05:00