İtaliya Fələstinə ümumilikdə 35 milyon avro maliyyə yardımı ayırıb
Roma, 24 may, AZƏRTAC
İtaliya BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) yenidən maliyyə dəstəyinə başlayır.
AZƏRTAC xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani paytaxt Romada Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşdə deyib.
Antonio Tayani İtaliyanın UNRWA-ya 5 milyon avro və “Qəzza üçün ərzaq” təşəbbüsü üçün isə daha 30 milyon avro ayırdığını açıqlayıb.
İtaliyanın Baş naziri Ciorcia Meloni də Fələstinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb. Ciorcia Meloni Yaxın Şərqdə davamlı atəşkəs, girovların azad edilməsi və Qəzza əhalisinə humanitar yardımın keyfiyyətində yüksəlişə nail olmaq üçün davam edən bütün səylərə İtaliyanın dəstəyini təkrarlayıb. O, “iki dövlətli həllə” əsaslanan davamlı sülhə aparan siyasi prosesin yenidən başlamasının zəruriliyini qeyd edib.
Baş nazir İtaliyanın Qəzzanın mülki əhalisinə güclü bağlılığı yeniləyib, o cümlədən ölkəsinin “Qəzza üçün ərzaq” təşəbbüsünü əlavə olaraq maliyyələşdirməsinin əhəmiyyətini vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Zelenski: Ukrayna dekabrda bir neçə HHM sistemi alacaq
Tbilisidə keçirilən aksiyalarda 143 polis əməkdaşı xəsarət alıb
Türkiyə ilə Yunanıstan arasında növbəti Siyasi Dialoq Toplantısı keçirilib
Səudiyyə Ərəbistanı 11-ci Qlobal Su Forumuna ev sahibliyi edəcək
Aİ ölkələrinin səhiyyə nazirləri açıq havada siqaret çəkilməsinin qadağan olunmasını tövsiyə edirlər