İqtisadiyyat nazirinin birinci müavini Lerikdə vətəndaşlarla görüşəcək
Bakı, 25 may, AZƏRTAC
Mayın 29-da iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Lənkəran şəhəri, Lerik və Astara rayonlarından olan vətəndaşlarla görüşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş saat 11:00-dan etibarən Lerik şəhəri, Arzuman Əsədullayev küçəsi 22 ünvanında Lerik rayon Mədəniyyət Mərkəzinin inzibati binasında keçiriləcək.
Görüşə gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.
Sabirabadda ölümlə nəticələnən yol qəzası olub
Naxçıvanda Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib
Naxçıvanda investorlar üçün yeni interaktiv portal istifadəyə verilib