×
A
A
A
Sazlamalar

Güclü külək Gəncədə fəsadlar törədib VİDEO

Gəncə, 25 may, AZƏRTAC

Gəncədə güclü külək bir sıra fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün səhər saatlarından başlayan güclü külək şəhərin S.Rəhimov küçəsində irigövdəli ağacı yola aşırıb. Bundan başqa, bir neçə yerdə ağaclar qırılıb, bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda Gəncə və ətraf rayonlarda küləkli hava şəraiti davam edir.

Regionlar 2024-05-25 10:44:00

Video