Naxçıvan məhsulları “Russia Halal Expo 2024” sərgisində nümayiş olunub
Naxçıvan, 25 may, AZƏRTAC
Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin ( AZPROMO) təşkilatçılığı ilə Naxçıvanda fəaliyyət göstərən "ENNA" MMC-nin məhsulları da Rusiyanın ən böyük investisiya və infrastruktur layihələri sərgisi olan Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən “Russia Halal Expo 2024”də vahid ölkə stendində təqdim olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, stenddə "ENNA" MMC-nin istehsalı olan "Plus ower", "Dinamit" ,"Dark horse wild" ,"Buzz tea" alkoqolsuz enerji içkiləri, "Cahan Çay" MMC-də paketlənən "Tudor" çayları nümayiş olunub.
Sərgidə Naxçıvan məhsullarını ictimaiyyətə "ENNA" MMC-nin İxrac meneceri Bəxtiyar Hacıyev təqdim edib. Tatarıstan, Səudiyyə Ərəbistanı, Mərkəzi Afrika, Udmurtiya, İran və Qırğızıstan Respublikasından olan iştirakçılarla görüşlər keçirilib, "ENNA" MMC-də istehsal olunan məhsulların həmin ölkələrə ixracı ilə bağlı ilkin danışıqlar əldə edilib.
Qeyd edək ki, ənənəvi “Russia Halal Expo” sərgisi “Rusiya – İslam dünyası: Kazan Forumu” çərçivəsində təşkil olunur. Sərgi biznes layihələrinin təşviqi və inkişafı, o cümlədən MDB və digər ölkələrin halal sənayelərinin potensialını nümayiş etdirmək üçün effektiv platforma kimi xidmət edir.
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub VİDEO
Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun xatirəsi anılıb
Qazi: Torpaqlarımız azad edilərkən keçirdiyim sevinc və qürur hissini bu gün yenidən yaşadım
Qazax Dövlət Dram Teatrında iki yeni tamaşanın premyerası olacaq