Naxçıvanda heyvanlarla rəhmsiz rəftar edən şəxslər cəzalandırılıb
Naxçıvan, 24 may, AZƏRTAC
Naxçıvanda heyvanlarla rəhmsiz rəftar edən şəxslər müəyyən edilib.
AZƏRTAC-ın Naxçıvan bürosunun əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən heyvanlarla rəhmsiz rəftar etdiklərinə görə Sədərək rayonunun Dəmirçi kənd sakinləri Kamil Xəlilov, Ümid Xəlilov və Elçin Qurbanov barəsində inzibati tənbeh tədbiri tətbiq edilib. Həmçinin Ümid Xəlilovun narkotik vasitə istifadə etməsinə də əsaslı şübhələr müəyyən edildiyindən barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Zaqatala sakini xəstəxanaya daxil olandan sonra anidən ölüb
Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib
Naxçıvan Dövlət Universiteti “ASAN xidmət” mərkəzi ilə əməkdaşlıq edəcək
Nazir müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb