ABŞ-ın Men ştatının nümayəndə heyəti Laçın və Şuşaya səfər edib
Bakı, 24 may, AZƏRTAC
Azərbaycanda səfərdə olan ABŞ-ın Men ştatının rəsmilərindən və ictimaiyyətin tanınmış üzvlərindən ibarət nümayəndə heyəti işğaldan azad edilmiş Şuşa və Laçında olub.
AZƏRTAC xəbər verir ki, qonaqlara Şuşa şəhərində mövcud vəziyyət haqqında məlumat verilib, aparılan sürətli bərpa və yenidənqurma işləri göstərilib. Şuşaya yeni köçənlər üçün yaradılan şəraitlə tanış olan nümayəndə heyəti görülən işləri yüksək qiymətləndirib. Qonaqlar işğal dövründə Ermənistan tərəfindən Şuşa şəhərində mədəniyyət abidələrinə, məscidlərə qarşı törədilmiş vandalizm aktlarını pisləyiblər. Ardınca qonaqlar Vaqifin məqbərəsi, Gəncə qapıları, “Güllələnmiş heykəllər” abidəsini, Cıdır Düzünü, Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.
ABŞ nümayəndə heyəti sonra Laçına yola düşüb. Qonaqlara Laçına yeni köçənlər üçün yaradılan şərait, iş yerləri və onların sosial təminatı, rayonda aparılan yenidənqurma, təmir-bərpa işləri haqqında ətraflı məlumat verilib. Laçın şəhərində yerləşən Aqro və Sənaye Parkında, istixanada, ferma və mebel sexində və Sus kəndində olublar.
Sus kəndində qonaqları mehriban və gülərüz qarşılayan yerli sakinlər onları evlərinə dəvət edib, dövlətin yaratdığı gözəl şəraitlə yaxından tanış ediblər. Azərbaycan təbiətinin gözəlliyi və yerli sakinlərin qonaqpərvərliyi nümayəndə heyətində xoş təəssüratlar oyadıb.
Köln şəhər bələdiyyəsində Almaniya Azərbaycanlıları Alyansı ilə əməkdaşlıq müzakirə olunub
Norveç Nobel Komitəsinə 20 Yanvar faciəsi ilə bağlı bəyanat ünvanlanıb
Sloveniyada ahıllar evində Azərbaycana dair təqdimat keçirilib
Qars valisi, bələdiyyə başqanı və diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirilib
Komitə sədri: Diaspor təşkilatları Azərbaycanın milli maraqları naminə səylərini birləşdirməlidir