Lənkəranda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib
Lənkəran, 24 may, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda, Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə regionu əhatə edən orta və ümumtəhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, FHN-in regionda olan struktur bölmələri, Lənkəran–Astara Regional Təhsil İdarəsi və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin əməkdaşlarının izlədiyi zona birinciliyinə regionun 6 məktəb komandası qatılıb.
Yarışın yekununda Yardımlı şəhər V.Məmmədov adına 2 nömrəli tam orta məktəbin komandası I yerə, Lənkəran şəhər R.Məmmədov adına 5 nömrəli tam orta məktəbin komandası II yerə və Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb.
Yardımlı şəhər V.Məmmədov adına 2 nömrəli tam orta məktəbin komandası Qəbələ şəhərində keçiriləcək “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.
Yarışlarda qalıb komandalara kubok və diplomlar təqdim edilib.
Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və gənc nəsildə hərbi vətənpərvərlik ruhunun aşılanmasından ibarət olub.
Balakəndə ağacəkmə aksiyasında 500-dən çox ting əkilib
Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenidənqurma işlərindən sonra istifadəyə verilib
Mirzə Uluqbəy adına Füzuli şəhər məktəbində bayram konserti təşkil edilib
“Mənə tez-tez deyirlər ki, bu, kişi işidir” – Qaynaqçı qadın işi ilə hər kəsi heyran qoyub FOTO
Kənd təsərrüfatı naziri Masallıda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb