Birinci Qarabağ müharibəsinin şəhidi Ağsuda torpağa tapşırılıb
Ağsu, 24 may, Rəşad Türkoğlu, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mustafayev Nuhu Mustafa oğlunun meyitinin qalıqları Ağsu rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Qaraməmmədli kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi rayondakı Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.
Qeyd edək ki, Mustafayev Nuhu Mustafa oğlu 1994-cü ildə Kəlbəcərin Təkəqaya kəndi uğrunda döyüşlərdə itkin düşmüş sayılırdı.
Şəkidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO
20 Yanvar faciəsinin 35-ci ildönümü Şirvan şəhərində silsilə tədbirlərlə qeyd olunub
Laçında “20 Yanvar – Bir gecənin əbədi yaddaşı” adlı anım mərasimi keçirilib
Lənkəranda Şəhidlər abidə kompleksi ziyarət olunub
Qazaxda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib