BMT-nin Baş katibi: Sülh Afrikanın problemlərinin həllinin açarıdır
Bakı, 24 may, AZƏRTAC
BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının iclasında bildirib ki, sülh Afrikanın gələcək rifahını təmin etməyin və qitənin qlobal miqyasda səsini və təsirini gücləndirməyin açarıdır.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, BMT TŞ-də Mozambik tərəfindən çağırılan qlobal təhlükəsizlik və inkişaf problemlərinin həllində sülhün kritik rolu ilə bağlı müzakirəni açan Baş katibin sözlərinə görə, indi Afrikanın sülh quruculuğu gücünü ortaya çıxarmağın vaxtıdır. O, Afrikanı qlobal əmin-amanlıq üçün mühüm amil adlandırıb və qitənin parçalanmış dünyada birlik və həmrəylik nümayiş etdirdiyinə dair misallar gətirib. A.Quterreş vurğulayıb ki, yoxsulluğa və aclığa son qoyulması, qaçqınların dəstəklənməsi, davamlı inkişafa nail olunması və onilliklər boyu mövcud olan qlobal maliyyə sistemində islahatlar dünyanın mühüm hissəsi olan Afrikanı tərəqqi yoluna çıxara bilər.
BMT-nin Sülh Quruculuğu Komissiyasının (PBC) sədri, Braziliyanın səfiri Serjio França Danese təşkilatın dəstək axtaran Afrika ölkələrinə yardım etmək üçün tam öhdəliyini təsdiqləyib. O, PBC-nin institusional quruculuq, seçki prosesləri, qanunun aliliyi, keçid ədaləti, təhlükəsizlik sektorunda islahatlar, qadınlar, sülh və təhlükəsizlik gündəliyi daxil olmaqla bir neçə məsələ üzərində çalışdığını deyib.
Donald Tramp Aİ ilə danışıqlarda irəliləyiş olduğunu bildirib
Uşaq travmaları yetkinlik dövründə psixi sağlamlığa təsir göstərir - ARAŞDIRMA
Macarıstan ciddi meyvə qıtlığı ilə üzləşib
Piylənmə ilə bağlı xərçəng ölümləri kəskin artıb - ARAŞDIRMA
Yayda Yer sürətini artırdı və sutkadan millisaniyələr “oğurlandı”